...

İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ

Dünya xəbərləri Materials 25 Fevral 2020 13:59 (UTC +04:00)
İranda indiyədək yeni koronavirusa (Covid 19) 95 nəfər yoluxub.
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ

Bakı. Elnur Bağışov - Trend:

İranda indiyədək yeni koronavirusa (Covid 19) 95 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, indiyədək bu virus nəticəsində İranda 15 nəfər dünyasını dəyişib.

Cahanpur əlavə edib ki, ötən sutkada koronavirus nəticəsində daha 3 nəfər dünyasını dəyişib.

Nazirlik rəsmisi 10 nəfərin sağaldığını bildirib.

Cahanpur vurğulayıb ki, Qum vilayəti və şəhərində 15 nəfər, Tehran şəhərində 9 nəfər, Fars vilayətində 1 nəfər, Mazandaran vilayətində 2 nəfər, Gilan vilayətində 2 nəfər, Əlborz vilayətində 2 nəfər, Simnan vilayətində 1 nəfər, Hörmüzqan vilayətində 1 nəfərin koronavirusa yoluxması qeydə alınıb.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Nazirliyi yeni koronavursla bağlı 900-dən çox yoluxma şübhəsinin olduğunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti