Bakı. Trend:
BMT-nin baş katibi Antoniu Quterreş koronavirusla mübarizədə və pandemiyanın iqtisadi fəsadlarının aradan qaldırılması üçün inkişaf etməkdə olan ölkələrə kömək məqsədilə dünya iqtisadiyyatının 10 faizi həcmində pul çap etməyi təklif edib.
Trend-in məlumatına görə, baş katib bunu videokonfrans zamanı çıxış edərkən deyib.
A.Quterreş nümunə kimi ABŞ-ın ötən həftə təqdim etdiyi 2 trilyon dollarlıq yardım paketini göstərib: “Hesab edirəm ki, bu cür addımı qlobal səviyyədə də atmaq lazımdır”.
Qeyd edək ki, bu günədək 862 minədək şəxs koronavirusa yoluxub, 42 510 nəfər vəfat edib, 180 minə yaxın xəstə sağalıb.