Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Elazığ vilayətində Rixter cədvəli ilə 3,8 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, zəlzələnin episentri yerin 10 kilometrlik dərinliyində qeydə alınıb.
Yeraltı təkanlar Elazığın Sivrice rayonunda daha çox hiss olunub.
Hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.