Bakı. Trend:
2020-ci ilin ikinci rübündə inkişaf etmiş ölkələrin ümumi daxili məhsulunun həcmi birinci rüblə müqayisədə 35 faiz azala bilər.
Trend-in məlumatına görə, bu barədə "Goldman Sachs" investisiya bankının hesabatında deyilir.
Qeyd olunur ki, koronavirus pandemiyasının yayılması dünya iqtisadiyyatının kəskin azalmasına səbəb olacaq.
Bu azalma 2008-ci ildə qlobal maliyyə böhranı dövründə qeydə alınmış azalmanı 4 dəfə üstələyəcək.
Mütəxəssislər iqtisadiyyatın hansı müddət ərzində bərpa olunması barədə proqnozun verilməsində çətinlik çəkdiyini bildiriblər.