...

Avstraliya sərhədlərini daha 4 ay bağlı saxlayacaq

Dünya xəbərləri Materials 23 Aprel 2020 11:23 (UTC +04:00)
Avstraliya sərhədlərini daha 4 ay bağlı saxlayacaq

Bakı. Trend:

Avstraliya koronavirus pandemiyası ilə əlaqədar sərhədlərini daha 4 ay müddətinə bağlı saxlayacaq.

Trend-in məlumatına görə, bunu ölkənin baş sanitar həkimi Brendan Merfi parlament komitəsində video çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda davam edən vəziyyətlə əlaqədar beynəlxalq səyahətlərə qoyulan məhdudiyyəti aradan qaldırmaq riskli görünür.

O, Milli Təhlükəsizlik Komitəsinə Avstraliya vətəndaşlarının ölkədən çıxışına qadağa qoymasını və yalnız vətəndaşların ölkəyə qayıtmasına icazə verilməsini tövsiyə etdiyini deyib.

Qeyd edək ki, bu günədək Avstraliyada koronavirus infeksiyasına 6 600-dən çox yoluxma qeydə alınıb, 75 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti