...

Moskvada koronavirusdan daha 37 nəfər ölüb

Dünya xəbərləri Materials 24 Aprel 2020 00:53 (UTC +04:00)
Moskvada koronavirusdan daha 37 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 37 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 37 xəstə dünyasını dəyişib. Ölənlər 37-86 yaşlarında olub".

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 325 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti