...

İranda daha 80 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 29 Aprel 2020 13:50 (UTC +04:00)
İranda daha 80 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən 24 saat ərzində daha 80 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, İranda 19 fevraldan bu günədək (29 aprel) koronavirusdan ölənlərin sayı 5 957 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, ötən sutkada daha 1 073 nəfərin bu virusa yoluxması ilə ümumilikdə İranda koronavirusa yoluxanların sayı 93 657 nəfərə çatıb. Onlardan 2 965 nəfərin vəziyyəti ağırdır.

Cahanpur deyib ki, indiyədək 73 791 nəfər koronavirusdan sağalıb.

İranda bu günədək koronavirus diaqnozu ilə əlaqədar 453 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti