Bakı. Trend:
İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili komaya düşüb.
Trend-in məlumatına görə, bu barədə İranın Neft Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Uzun illər ərzində İranın OPEC-dəki nümayəndəsi olan Hüseyn Kazımpur Ərdəbili komadadır. O, cümə günü güclü beyin qansızmasından sonra xəstəxanaya yerləşdirilib".