...

Ekspertlər malyariyaya qarşı vasitələrin koronavirusla mübarizədə istifadəsini şərh edib

Dünya xəbərləri Materials 5 May 2020 05:28 (UTC +04:00)
Ekspertlər malyariyaya qarşı vasitələrin koronavirusla mübarizədə istifadəsini şərh edib

Bakı. Trend:

Koronavirusla mübarizədə bir sıra anti-malyariya dərmanlarının ehtimal olunan faydaları nəzəriyyəsi son aylarda geniş yayılıb. Lakin tibb mütəxəssisləri onların effektivliyinə dair hələ də inandırıcı sübutun olmadığı barədə xəbərdarlıq edib.

Trend-in məlumatına görə, bu ilin əvvəlində fransız yoluxucu xəstəliklər üzrə həkimi Didye Raul, malyariyanın müalicəsində istifadə edilən xloroxinin və xüsusən onun törəməsi olan hidroksixloroxinin azitromisin antibiotiki ilə birləşmələrinin koronavirusla mübarizədə möcüzələr yarada biləcəyini bildirib. Fransa səhiyyə nazirliyinin nümayəndələri bu fərziyəni tənqid edərək dərmanların birləşməsini daha dərindən araşdırmağı tələb ediblər. Daha sonradan klinik sınaqların çox az sayda xəstə üzərində aparılması aşkarlanıb.

D.Raulun nəzəriyyəsi bir sıra ölkələrdə qarışıq reaksiyalara səbəb olub. Belə ki, Braziliyada klinik araşdırmalar xəstələrin həyatına təhlükə yaradan təsirlərin üzə çıxmasından sonra dayandırılıb. Bir sıra tədqiqatlar aparılsada koronavirusun müalicəsində xloroxin və hidroksixloroxinin faydalarını sübut etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti