...

Braziliyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Dünya xəbərləri Materials 10 May 2020 06:19 (UTC +04:00)
Braziliyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusdan daha 730 nəfər dünyasını dəyişib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Braziliyada koronavirusdan ölənlərin ümumi sayı 10 627 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 10 611 nəfərdə koronavirus aşkarlanıb, koronavirusa yoluxanların ümumi sayı 155 939 nəfərə çatıb.

Ən çox ölüm halları San-Paulu (3,6 mindən artıq) və Rio-de-Janeyroda (1,6 minə yaxın) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti