...

"YouTube"un işində qüsurlar yaranıb

Dünya xəbərləri Materials 15 May 2020 04:15 (UTC +04:00)
"YouTube"un işində qüsurlar yaranıb

Bakı. Trend:

"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

Trend-in məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiyada qeydə alınıb.

Bildirilir ki, istifadəçilərin 61 faizi videoların yayımında, 37 faizi saytın işində, 1 faizi isə şəxsi hesaba daxil olmaqda problemlərlə üzləşiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti