...

Koronavirusa yoluxmaqdan qorxduğu üçün dezinfektant içib öldü

Dünya xəbərləri Materials 19 May 2020 14:05 (UTC +04:00)

Bakı. Trend:

Moskvada koronavirusa yoluxmaqdan qorxan sakin özünü qorumaq üçün dezinfeksiya geli içib.

Trend-in məlumatına görə, nəticədə 48 yaşlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona naməlum spirttərkibli məhluldan zəhərlənmə diaqnozu qoyulub.

Komaya düşən şəxsi həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti