Bakı. Trend:
Ən azı doqquz nəfər Salvador ərazisindən keçən "Amanda" qasırğasının qurbanı olub.
Trend-in məlumatına görə, bu barədə yerli Daxili İşlər Nazirliyinin rəhbəri Mario Duran bildirib.
M.Duran qeyd edib ki, ölənlərin sayının müəyyən edilməsi davam edir. Hələki 9 nəfərin həlak olması məlumdur.
Nazir əlavə edib ki, ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişində problemlər müşahidə olunur.