...

Rusiyada bir gündə 216 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 10 İyun 2020 12:08 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 8 404 nəfər virusa yoluxub, 216 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 493 657 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 358 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 252 783 nəfər virusdan sağalıb, 234 516 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti