...

Pekin sakinlərini evdən çıxmamağa çağırdılar

Dünya xəbərləri Materials 17 İyun 2020 10:05 (UTC +04:00)
Pekin sakinlərini evdən çıxmamağa çağırdılar

Bakı. Trend:

Pekində yeni növ koronavirus (COViD-19) səbəbi ilə genişmiqyaslı məhdudlaşdırıcı tədbir tətbiq edilib.

Trend-in "South China Morning Post"a istinadən verdiyi məlumata görə, şəhər rəhbərliyi bütün sakinləri "zəruri olmayan səfərlərdən" imtina etməyə və evdə qalmağa çağırıb.

Bundan əlavə, Pekindəki bütün ibtidai və orta məktəblər bağlanır, şagirdlər məsafədən təhsilə keçirlər. Universitetlər fəaliyyətini dayandırıb, bütün əyləncə və idman obyektləri bağlanıb.

Pekin hakimiyyəti paytaxtdakı vəziyyəti "son dərəcədə ciddi" adlandırıb.

Qeyd edək ki, Pekində ötən sutka ərzində yeni növ koronavirusa daha 31 yoluxma halı təsdiqlənib. Hazırkı dövrədək Pekində 557 yoluxma halı aşkarlanıb. Yoluxanlardan 411 nəfər sağalıb, 9 nəfəri isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti