...

Çin orbitə 3 yeni peyk göndərib

Dünya xəbərləri Materials 17 İyun 2020 13:25 (UTC +04:00)
Çin orbitə 3 yeni peyk göndərib

Bakı. Trend:

Çin orbitə 3 yeni peyk göndərib.

Trend-in məlumatına görə, peyklər Qansu əyalətindəki kosmodromdan “Çançjen-2D” raket daşıyıcı ilə yola salınıb.

Peyklərdən biri, “Qaofen-9” Yerin səthini müşahidə, şəhər planlaşdırması, kənd təsərrüfatı torpaqlarının qiymətləndirilməsi, eləcə də təbii fəlakətlərin proqnozlaşdırılması ilə məşğul olacaq.

“Hede-5” peyki gəmiçilik və naviqasiya üçün istifadə olunacaq. “Pisin-3A” isə peyk texnologiyaları araşdırmaları üçün nəzərdə tutulub.

Hər üç peyk təyin olunan orbitə uğurla çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti