...

Moskvada 48 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 İyun 2020 04:21 (UTC +04:00)
Moskvada 48 nəfər koronavirusdan ölüb

Bakı. Trend:

Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada koronavirus infeksiyasına yoluxan daha 48 xəstə ölüb, ölənlərin ümumi sayı 3531-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə paytaxtın koronavirus infeksiyası ilə bağlı vəziyyətə nəzarət və monitorinq üzrə əməliyyat qərargahında bildirilib.

Bildirilib ki, Moskvada 48 xəstə öldü, hamısına sətəlcəm diaqnozu qoyulub və koronavirus ilə bağlı edilən testləri pozitiv çıxıb.

Ümumilikdə paytaxtda 3 531 nəfər koronavirusdan ölüb.

Şəhərdə ümumilikdə 210 785 yoluxma hadisəsi aşkarlanıb. 130 431 nəfər sağalıb. Sutka ərzində sağalananların sayı yoluxanların sayından çox olub və 2046 nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti