...

İranda daha 134 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 25 İyun 2020 14:03 (UTC +04:00)
İranda daha 134 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 134 nəfərin koronavirusdan (COVID19) ölməsi öz təsdiqini tapıb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İrana bu virusdan ölənlərin sayı 10 130 nəfərə yüksəlib.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 2 595 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 215 096 nəfərə çatıb. Virus daşıyıcılarından 2 899 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 175 103 nəfər koronavirusdan sağalıb.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 1,53 milyondan çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti