...

Ermənistanda daha 535 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 8 İyul 2020 11:22 (UTC +04:00)
Ermənistanda daha 535 nəfər koronavirusa yoluxdu

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 29 820 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 535 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 18 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 521 nəfər koronavirusdan ölüb, 11 872 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti