...

Hindistanda bir gündə 25 minə yaxın koronavirusa yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 9 İyul 2020 10:28 (UTC +04:00)
Hindistanda bir gündə 25 minə yaxın koronavirusa yoluxma qeydə alındı

Bakı. Trend:

Hindistanda koronavirusa gündəlik yoluxma göstəricisi yenidən rekord vurub.

Trend-in məlumatına görə, ötən gün ölkədə 24,8 mindən çox yoluxma qeydə alınıb.

Daha 487 nəfər isə həyatını itirib. Bu günədək Hindistanda koronavirusa yoluxanların sayı 767 296 nəfərə çatıb. Bu göstəriciyə görə, Hindistan ABŞ və Braziliyadan sonra üçüncü yerdı qərarlaşıb.

Ölənərin sayı 21 129 nəfərə çatıb. Ölkədə karantin rejimi iyulun 31-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti