...

Dünyada koronavirus qurbanlarının sayı 600 mini keçdi

Dünya xəbərləri Materials 19 İyul 2020 07:22 (UTC +04:00)
Dünyada koronavirus qurbanlarının sayı 600 mini keçdi

Bakı. Trend:

Yeni bir növ koronavirusa yoluxduqdan sonra ölənlərin sayı 600 435 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu Con Hopkins Universitetinin ölkələrin federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsaslanan hesablamaları göstərir.

Tədqiqat təşkilatının məlumatına görə, ən çox ölüm halları ABŞ-da (139,9 mindən çox), Braziliyada (78,7 mindən çox) və Böyük Britaniyada (45,3 mindən çox) qeydə alınıb.

Bu günə qədər 14,2 milyondan çox insana koronavirus diaqnozu qoyulub. Ən çox yoluxma halları (3 697 743) ABŞ-da aşkar edilib. Daha sonra ən çox yoluxma halları Braziliya (2 074 860), Hindistan (1 038 716) və Rusiyada (765 437 - koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahının məlumatları) qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti