...

Ermənistanda daha 288 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 5 Avqust 2020 11:03 (UTC +04:00)
Ermənistanda daha 288 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 288 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bu günədək Ermənistanda 768 nəfər koronavirusdan ölüb, 7 968 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti