...

Rusiyada koronavirusdan ölənlərin sayı 17 minə çatır

Dünya xəbərləri Materials 28 Avqust 2020 11:54 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 980 min nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 4 829 nəfər virusa yoluxub, 110 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 980 405 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 16 914 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 798 466 nəfər virusdan sağalıb, 165 025 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti