...

Braziliyada bir gündə koronavirusa 42 659 nəfər yoluxub

Dünya xəbərləri Materials 2 Sentyabr 2020 08:22 (UTC +04:00)
Braziliyada bir gündə koronavirusa 42 659 nəfər yoluxub

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 659 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 950 931 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 1 215 nəfər ölüb, ölənlərin ümumi sayı 122 596 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti