...

Rusiyada son sutkada 5 mindən çox yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 12:59 (UTC +04:00)

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,01 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 5 110 nəfər virusa yoluxub, 121 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 015 105 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 649 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 832 747 nəfər virusdan sağalıb, 164 709 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti