...

Fransada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2020 04:58 (UTC +04:00)

Bakı. Trend:

Son sutkada Fransada 26 mindən çox insan koronavirusa yoluxdu. Ümumilikdə ölkədə kornavirusa yoluxanların sayı 718 873 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Sante publique France" agentliyi bildirib.

Son 24 saat ərzində 26 896 yoluxma faktı qeydə alınıb. Qeyd edilir ki, bir gün əvvəlin göstəriciləri də o tarixə qədər rekord sayda olub - 20,3 min nəfər. Hazırda ölkədə sözügedən virusdan ölənlərin ümumi sayı son sutkada 64 olmaqla 32 684 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti