...

Rusiyada bir gündə 16 minə yaxın yoluxma qeydə alınıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2020 12:05 (UTC +04:00)
Rusiyada bir gündə 16 minə yaxın yoluxma qeydə alınıb

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,4 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 15 982 nəfər virusa yoluxub, 179 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 415 316 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 24 366 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 075 904 nəfər virusdan sağalıb, 315 046 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti