...

Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub

Dünya xəbərləri Materials 28 Oktyabr 2020 09:34 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 29 787 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5 439 641 nəfərə çatıb. Ötən sutka ərzində koronavirusdan 549 nəfər ölüb, ölənlərin ümumi sayı 157 946 nəfər təşkil edir.

Bildirilir ki, ən çox yoluxma və ölüm halları ölkənin San-Paulu ştatında qeydə alınıb (1 098 207 yoluxma və 38 885 ölüm).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti