...

Co Bayden səs sayımının dayandırılmasına imkan verməyəcəyini deyib

Dünya xəbərləri Materials 7 Noyabr 2020 09:57 (UTC +04:00)
Co Bayden səs sayımının dayandırılmasına imkan verməyəcəyini deyib

Bakı. Trend:

ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə səs sayımının dayandırılmasına imkan verməyəcəyini deyib.

Trend-in məlumatına görə, o, bu barədə Delaver ştatında seçiciləri qarşısında çıxışı zaman deyib.

Bundan başqa, C.Bayden ABŞ vətəndaşlarını seçkilərin nəticələrindən asılı olmayaraq bir-birinə qarşı sivil şəkildə yanaşmağa çağırıb.

Qeyd edək ki, bir müddət əvvəl digər namizəd, hazırki prezident Donald Tramp səs sayımının dayandırılmasını tələb etmişdi.

Ən son məlumatlara görə, hazırda Co Bayden 264, Donald Tramp isə 214 seçki kollegiyasının səsini qazanıb. Qələbə üçün namizədə 270 kollegiyanın səsi lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti