Bu gün səhərdən İsraildə COVID-19-a qarşı "Pfizer"lə kütləvi peyvəndləşmə başlanıb.
Trend-in Tassa istinadən verdiyi məlumata görə, bu barədə "The Times of Israel" nəşri xəbər yayıb.
Bildirilir ki, birinci mərhələ çərçivəsində daha çox risk qrupunda olan tibb işçiləri peyvənd ediləcək. 21 dekabrdan etibarən 60 yaşdan yuxarı və 18 dekabrda ela edilmiş risk qrupuna daxil olan insanların peyvənd edilməsi baş tutacaq.
İkinci mərhələdə müəllimlər, sosial işçilər və həmçinin işi koronavirus virusuna yoluxma riski ilə əlaqəli olanlar, üçüncüsü mərhələdə isə İsrailin qalan əhalisi peyvənd olunacaqlar.