Bakı. Trend:
Türkiyə təhlükəsizlik qüvvələri son bir ayda ölkə daxilində və dövlət sərhədlərindən kənar bölgələrdə PKK/KCK/PYD-YPG, FETÖ və İŞİD terrorçu birləşmələrinə qarşı ümumilikdə 45 antiterror əməliyyatı həyata keçirib.
Trend Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu əməliyyatlar nəticəsində ümumilikdə 75 terrorçu zərərsizləşdirilib. Məlumatda bildirilir ki, dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən 7 min 233 nəfər saxlanılıb. Bildirilir ki, həmin şəxslər arasında 17-si FETÖ mənsubu olmaqla, 34 nəfər terrorçu olub.
Qeyd edək ki, hazırda Türkiyə hökuməti terrorçuluqla mübarizəni antiterror əməliyyatları, müxtəlif səbəblərdən terror təşkilatlarına qoşulan şəxsləri təbliğat yolu ilə təsliminə nail olmaq və mükafatlandırma əsasında terrorçuların yerini müəyyən etmək kimi üç mühüm istiqamətdə aparır.