...

Türkiyədə son sutkada koronavirusdan 7 209 nəfər sağalıb

Dünya xəbərləri Materials 18 Fevral 2021 01:05 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 86 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 738 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 325 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 609 359 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 209 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 496 833 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti