...

Pekində qum fırtınası baş verib

Dünya xəbərləri Materials 15 Mart 2021 06:30 (UTC +04:00)
Pekində qum fırtınası baş verib

Bakı. Trend:

Builki ilk şiddətli qum fırtınası bu gün səhər Pekində baş verib ki, bu da ciddi hava çirkliliyinə və tıxaclara səbəb oldu.

Trend-in məlumatına görə, bu barədə Pekinin ətraf mühitin monitorinq mərkəzi xəbər verib.

Məlumata əsasən, şəhərin mərkəzindəki PM 10 xırda bərk hissəciklərinin konsentrasiyası hər kubmetr üçün 8000 mikroqramdan çox olub ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icazə verilən maksimum səviyyəsindən 160 dəfə çoxdur (50 mikroqram/kubmetr).

Qum fırtınası tıxaclara səbəb oldu, şəhərdə görünmə dərəcəsi 1000 m-dən çox deyil.

Pekin rəhbərliyi toz fırtınası səbəbindən "sarı" təhlükə səviyyəsini artıq elan edib, açıq havada tədbirlərin ləğv edilməsini və zəruri olmadığı təqdirdə çölə çıxmamağı tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti