...

ABŞ peyki kosmosda partlayıb

Dünya xəbərləri Materials 19 Mart 2021 11:01
ABŞ peyki kosmosda partlayıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın hazırda işləməyən NOAA 17 meteorologiya peyki kosmosda partlayıb.

Trend-in məlumatına görə, partlayışdan əvvəl peyk Yerdən 800 kilometr hündürlükdə olub.

Hazırda kosmik fəzada peykin 16 qırıntısı yaranıb. Bu qırıntıların digər kosmik obyektlərə təhlükə törətmədiyi deyilir.

NOAA 17 peyki 2002-ci ildə fəzaya buraxılıb, 2013-cü ildə istismarı dayandırılıb. Bu seriyadan olan digər peyklər əvvəllər göyərtə batareyalarının partlaması nəticəsində sıradan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti