...

Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək

Dünya xəbərləri Materials 12 Aprel 2021 18:32 (UTC +04:00)
Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək

Bakı. Orxan Nəbiyev - Trend:

Finlandiyanın UPM ağac emalı müəssisəsi aerokosmik şirkətlərlə birgə kosmosa ağacdan ilk peyk buraxmağa hazır olduğunu bildirib.

Trend-in məlumatına görə, şirkət peyki bu ilin sonunadək buraxmağı planlaşdırır.

Qeyd olunur ki, "WISA Woodsat" nanopeyki kosmik şəraitdə taxtanın davamlılığı və dayanıqlığı barədə məlumatları müşahidə edəcək.

Peyk "Arctic Astronautics" şirkəti tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti