...

Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb

Dünya xəbərləri Materials 16 Aprel 2021 12:16 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Hindistanda ötən sutka ərzində 217 353 nəfər koronavirusa yoluxub, 1183 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu, pandemiya müddətində Hindistanda qeydə alınan ən yüksək göstəricilər olub.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 14,3 milyona çatıb, 174 335 nəfər ölüb.

Hindistan yoluxma sayına görə hazırda ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti