Bakı. Trend:
ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) naməluma şəxslər avtomobildən avtobusa atəş açıblar.
Trend-in "News York Post"a istinadən verdiyi məlumata görə, insident nəticəsində avtobusda 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
İlkin məlumata əsasən, minik avtomobilində olan naməlum şəxslər şənliklər üçün nəzərdə tutulmuş avtobusa azı 70 dəfə atəş açıblar.
Cinayətkarların kimliyi hələki müəyyən edilməyib, insidentlə bağlı araşdırma aparılır.