...

Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 May 2021 07:47 (UTC +04:00)
Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Filippinin cənub-şərqində Talaud adaları yaxınlığında (İndoneziya) Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Filippinin Mati şəhərindən 265 km cənub-şərqdə (əhalisi təxminən 105 min nəfər) Şərqi Davao vilayətində yerləşib. Yeraltı təkanların ocağı 118 km dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti