...

Ermənistanda əhalinin azalması prosesi gedir - Sabiq prezident

Dünya xəbərləri Materials 6 İyun 2021 11:35 (UTC +04:00)
Ermənistanda əhalinin azalması prosesi gedir - Sabiq prezident

Bakı. Trend:

Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:

"Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması - red.), qaçmaqdır. Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti