...

Zelenskinin Baydenlə görüşünün iyul ayının sonunda keçirilməsi planlaşdırılır

Dünya xəbərləri Materials 11 İyun 2021 23:32 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və ölkə lideri Co Bayden ilə görüşünün keçirilməsi iyulun sonunda planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba "Ukrayna-24" telekanalının efirində bildrib.

Nazir qeyd edib: "Ukrayna prezidentinin [ABŞ-a] rəsmi səfəri iyul ayının sonlarında planlaşdırılır".

Diplomatın sözlərinə görə, səfər zamanı C.Baydenlə danışıqlar və bir sıra digər vacib görüşlər planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti