Bakı. Trend:
Gürcüstanda 3,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Gürcüstanın Milli Seysmologiya Monitorinqi Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Ninotsminda şəhərindən 26 kilometr şərqdə, Sameba qəsəbəsi yaxınlığında yerləşib.
Zəlzələ nəticəsində dağıntılar barədə məlumat verilməyib.