...

Almaniyada leysan yağışları nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 15 İyul 2021 12:59 (UTC +04:00)
Almaniyada leysan yağışları nəticəsində 11 nəfər ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Almaniyada "Bernd" siklonunun səbəb olduğu leysan yağışları nəticəsində 11 nəfər həlak olub.

Trend-in məlumatına görə, ən çox ziyan ölkənin cənub-qərb regionlarına dəyib.

Təbii fəlakət nəticəsində 70 nəfərin itkin düşdüyü deyilir.

Reynland-Pfalts federal torpağında 4 nəfər həyatını itirib, Adenau şəhəri yaxınlığında 6 ev dağılıb.

Şimali Reyn-Vesfaliya bölgəsində isə 7 nəfər, o cümlədən xilasetmə işləri zamanı 2 yanğınsöndürən həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti