...

Fransada iki peyvəndləmə mərkəzi yandırılıb

Dünya xəbərləri Materials 19 İyul 2021 15:53 (UTC +04:00)
Fransada iki peyvəndləmə mərkəzi yandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Fransanın cənubunda yerləşən Bayonna şəhərində iki peyvəndləmə mərkəzi yandırılıb.

Trend xəbər verir ki, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb.

Aparılan istintaq tədbirləri zamanı məlum olub ki, mərkəzin ətrafına yanacaq töküblər və alov çadırın müəyyən hissəsində yanıb. Ölkənin cənubunda daha bir mərkəzin də eyni şəkildə yandırıldığı məlum olub.

Qeyd edək ki, Fransada koronavirus pandemiyasına qarşı atılan addımlar əhali arasında müsbət qarşılanmır və vaxtaşırı nümayişlər keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti