...

İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Dünya xəbərləri Materials 26 İyul 2021 02:08 (UTC +04:00)
İsrail qırıcıları Qəzza zolağına zərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri Qəzza zolağına raket zərbələri endirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Saut Al-Aqsa" radiostansiyası xəbər verib.

Aviazərbələrə əsasən Xan-Yunis və Qəzza şəhərləri məruz qalıblar. Əhali arasında itkı və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, 21 may tarixində İsrail və Fələstin qruplaşmaları arasında 11 gün davam edən qarşıdurmadan sonra atəşkəs qüvvəyə minib. Qəzza zolağının 256 sakini bu qarşıdurmanın qurbanı olub, təxminən 2 min nəfər yaralanıb. İsrail tərəfdən 13 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti