Bakı. Trend:
Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell COVID-19 pandemiyasından sonra dünyanın daha təhlükəli olacağını deyib.
Trend TASS-a istinadən xəbər verir ki, o, bu barədə bazar ertəsi Santanderdə keçirilən mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, koronavirus beynəlxalq arenadakı bütün parametrləri dəyişdirib. Borrel pandemiyadan sonra dünyanın daha qeyri-bərabər və daha rəqəmsal olacağına inanır: "Gərginliyin və münaqişələrin artması səbəbindən daha təhlükəli bir dünya da olacaq. Bundan əlavə, pandemiyadan sonra dünyada Çin ilə ABŞ arasındakı rəqabət üstünlük təşkil edəcək. Hazırda Avripa İttifaqına pandemiyaya müqavimət göstərmək üçün daha çox səlahiyyət verilməsi ilə bağlı müzakirələr aparılır".