...

Misir ordusu Sinay yarımadasında 13 terrorçunu məhv edib

Dünya xəbərləri Materials 13 Avqust 2021 06:28 (UTC +04:00)
Misir ordusu Sinay yarımadasında 13 terrorçunu məhv edib

Bakı. Trend:

Misir Silahlı Qüvvələri Sinay yarımadasının mərkəzi və şimal hissəsində terror qruplaşmalarına qarşı əməliyyat keçiriblər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Misir ordusu Komandanlığının bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Silahlı Qüvvələr Sinayın mərkəzi və şimal hissəsində anti-terror əməliyyatlarını davam etdirirlər. Onlar ekstremist qruplaşmanın 13 üzvünü məhv ediblər".

Qeyd edilir ki, terrorçular atışma zamanı 1 hərbçi həlak olub, 9 hərbçi isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti