...

ABŞ və Britaniya terrorla mübarizədə əməkdaşlığı gücləndirir

Dünya xəbərləri Materials 27 Avqust 2021 09:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken və İngiltərənin xarici işlər naziri Dominik Raab keçirilən telefon danışığı zamanı terrorla mübarizədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Trend "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət departamenti məlumat yayıb.

"Terrorla mübarizədə sıx əməkdaşlığın davam etdirilməsinin vacibliyi barədə razılıq əldə olunub",-məlumatda deyilir.

Tərəflər, həmçinin Əfqanıstanın gələcəyində beynəlxalq iştirak məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti