...

Bayden ABŞ-da koronavirusa qarşı vaksinasiyanın genişləndirilməsi planını bəyənib

Dünya xəbərləri Materials 10 Sentyabr 2021 03:36 (UTC +04:00)
Bayden ABŞ-da koronavirusa qarşı vaksinasiyanın genişləndirilməsi planını bəyənib

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden ölkədə koronavirusa qarşı vaksinasiya prosesinin genişləndirilməsi planını bəyənib.

Trend-in məlumatına görə, C.Bayden bunu Ağ Evdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yeni plan daha çox amerikalının vaksinasiyası və insanların sağlamlığının qorunmasına mane olanlarla mübarizə məqsədini daşıyır: "Mənim planım həmçinin testlərin artırılmasını, iqtisadiyyatımızı qorumağı və məktəblilərin təhlükəsizliyinin daha da artırılmasını əhatə edir".

C.Bayden qeyd edib ki, plan altı istiqamət üzrə təbirlər gösrməyi nəzərdə tutur: "Bu tədbirlərin təsirini hiss etmək üçün vaxt lazımdır. Ancaq bu tədbirləri həyata keçirsək, düşünürəm ki, önümüzdəki aylarda peyvənd olunmamış amerikalıların sayını, xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayını əhəmiyyətli dərəcədə azalda bilərik. Bundan əlavə uşaqlarımız məktəbə rahat gedə biləcəklər, iqtisadiyyatımız isə şirkətlərin işə davam etməsi səbəbiylə güclənəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti