...

ABŞ-ın Texas ştatına güclü fırtına yaxınlaşır

Dünya xəbərləri Materials 14 Sentyabr 2021 03:45 (UTC +04:00)
ABŞ-ın Texas ştatına güclü fırtına yaxınlaşır

Bakı. Trend:

"Nikolas" tropik fırtınası Meksika körfəzi tərəfindən ABŞ-ın Texas ştatına yaxınlaşdıqca güclənməyə davam edir.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" agentliyi bildirib.

Texas ştatının bir neçə rayonu üçün fırtına yaxınlaşması barədə xəbərdarlıq edilib. Həmçinin "Nikolas" Meksika və Luiziana ştatına təsir göstərə bilər.

Fırtınanın leysan yağışlara və daşqınlara səbəb ola biləcəyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti