...

"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb

Dünya xəbərləri Materials 25 Sentyabr 2021 15:21 (UTC +04:00)
"Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

"Taliban" Əfqanıstanla Tacikistan sərhədində yerləşən Tahar əyalətinə minlərlə xüsusi təyinatlı əsgər toplayıb.

Trend-in məlumatına görə, bunu "Taliban"ın mətbuat katibi Zabihulla Mücahid öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, xüsusi təyinatlılar əyalət ərazisində təhlükəsiziyin təmin olunması üçün bölgəyə cəlb olunub.

Qeyd edək ki, "Taliban" hərəkatı avqustun əvvəlindən etibarən Əfqanıstanda nəzarəti ələ keçirməyə başlayıb. Avqustun 15-də paytaxt Kabil ələ keçiriləndən sonra prezident Əşrəf Qani ölkəi tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti